Azərbaycandan Gürcüstana qaz və elektrik ixracı artıb

Azərbaycandan Gürcüstana qaz və elektrik ixracı artıb
# 19 avqust 2019 11:41 (UTC +04:00)

Gürcüstana ixrac edilən qaz və qazlı hidrokarbonatların həcmi artıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında məlumat verilib. Bİldirilib ki, 2019-cu ilin yanvar-iyul ayları ərzində Azərbaycandan bu ölkəyə 173 664,8 min dollar dəyərində 1 047 703,2 ton məhsul ixrac edilib. Ötən il isə Gürcüstana 168 429,5 min dollar dəyərində 967 339,9 ton qaz və qazlı hidrokarbonatlar ixrac edilib.

Hesabatda o da göstərilib ki, cari ilin yanvar-iyul ayları ərzində Azərbaycandan Gürcüstana 31 589,0 min ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edilib. Ötən ilin hesabat dövründə isə ixrac edilən elektrik enerjisi 26 933,6 ABŞ dolları dəyərində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR