Azərbaycanın ABŞ-la ticarət dövriyyəsinin mənfi saldosu 5 dəfə artıb

Azərbaycanın ABŞ-la ticarət dövriyyəsinin mənfi saldosu 5 dəfə artıb
# 18 oktyabr 2019 16:05 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın ABŞ-la apardığı ticarət dövriyyəsinin həcmi 670,2 mln. dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 21,8 mln. dollar və ya 3,4% çoxdur.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, eyni zamanda, hesabat dövründə ixracın həcmi 14,5 dəfə azalaraq 18 mln. dollar, idxalın həcmi isə 68,1% artaraq 264,3 mln. dollara bərabər olub.

Bu ilin yanvar-sentyabr aylarında 634,2 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu da illik müqayisədə 5 dəfə çoxdur.

Göründüyü kimi, ABŞ-la Azərbaycan arasında ticarət mübadiləsi əsasən Azərbaycanın ABŞ-dan idxalı hesabına artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR