Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 6% artıb

Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 6% artıb
  • Clock-gray 16:54
  • calendar-gray 15 Noyabr 2019

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın Avropa İttifaqı ölkələri ilə apardığı  ticarət dövriyyəsinin həcmi 11 140 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 632,3 mln. dollar və ya 6% çoxdur.

APA-Economics” in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin on ayında ötən ilin analoji dövrü ilə müqayisədə ixracın həcmi 543,1 mln. dollar və ya 6,3% artaraq 9 155 mln. dollara, idxalın həcmi isə 78,3 mln. dollar və ya 4,7 artaraq 1 985 mln. dollara bərabər olub.

Hesabat dövründə 7 170 mln dollarlıq müsbət ticarət saldosu yaranıb ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 454 mln. dollar və ya 6,7% çoxdur.

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date