Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsində idxal ixracı 3 dəfədən çox üstələyib

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsində idxal ixracı 3 dəfədən çox üstələyib
# 17 oktyabr 2019 15:23 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 2 104 562,2 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 409 635,4 min dollar və ya 24,2% çoxdur.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ixracın həcmi 56 094,7 min dollar və ya 12,7% artaraq 499 151,2 min dollara, idxalın həcmi isə 353 540,7 min dollar və ya 28,2% artaraq 1 605 411 min dollar təşkil edib. Göründüyü kimi, cari ilin doqquz ayında idxal ixracı 3,2 dəfə üstələyib.

Hesabat dövründə 1 106 259,8 min dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 297 446 min dollar və ya 36,8% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR