Azərbaycanın valyuta ehtiyatları ilin əvvəlindən 10,5% artaraq 49,4 mlrd. dollara çatıb

Azərbaycanın valyuta ehtiyatları ilin əvvəlindən 10,5% artaraq 49,4 mlrd. dollara çatıb
# 13 sentyabr 2019 15:10 (UTC +04:00)

Azərbaycanın strateji valyuta ehtiyatları ilin əvvəlindən 10,5% və ya 4,7 mlrd. ABŞ dolları artaraq 49,4 mlrd. dollara çatıb.

APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında deyilir.

AMB-nin məlumatına əsasən, neft qiymətlərinin cari səviyyəsi (ilin ötən dövründə 65 dollar) şəraitində xarici ticarət balansı profisitli olub. İlkin məlumata görə, cari ilin 8 ayında ixrac 5,1%, o cümlədən, qeyri-neft ixracı 15,4% artıb, monetar qızıl nəzərə alınmadan qeyri-neft idxalının artım tempi 11,7% təşkil edib.

Profisitli tədiyyə balansı şəraitində valyuta bazarında təklif tələbi üstələməkdə davam edir.

“Bütövlükdə, qlobal iqtisadi aktivliyin zəifləməsi perspektivləri, tərəfdaş ölkələrdə iqtisadi artımın səngiməsi və ixrac qiymətlərinin aşağı düşməsi xarici tələb amillərinə təsir göstərməklə Azərbaycanda iqtisadi artım üçün potensial təhdidlər yarada bilər”, - deyə AMB-nin məlumatında deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR