Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 11%-dən çox artıb

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 11%-dən çox artıb
# 17 iyul 2019 11:12 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın Gürcüstanla apardığı ticarət dövriyyəsinin həcmi 348,6 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 11,4% çoxdur.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ixracın həcmi 15,2% artaraq 316,2 mln. dollara, idxalın həcmi isə 15,9% azalaraq 32,4 mln. dollar təşkil edib.

Hesabat dövründə 283,8 mln. dollar müsbət ticarət saldosu yaranıb ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20,3% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR