BFB-də AMB-nin 200 mln. manatlıq notları yerləşdirilib

BFB-də AMB-nin 200 mln. manatlıq notları yerləşdirilib
# 17 iyul 2019 17:25 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Mərkəzi bankının (AMB) 50101276S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 19 investor tərəfindən qiyməti 99,4966 AZN (6,51%) olan 33 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 975 169 000 AZN olub.

Qeyd edək ki, AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99,4966 AZN (6,51%), orta ölçülmüş qiyməti 99,4966 AZN (6,51%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 mln. AZN təşkil edib.

Notların ödəmə tarixi – 14.08.2019.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR