BFB-də İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının ilk tranşı yerləşdirilib

BFB-də İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının ilk tranşı yerləşdirilib
# 22 iyul 2019 16:46 (UTC +04:00)

Bu gün Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zəmanət Fondunun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının 20 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Birjadan “APA-Economics”ə verilən məlumata görə, bir istiqrazın nominal dəyəri 1 000 manat, faiz dərəcəsi isə 3% təşkil edib ki, nəticədə istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 20 mln. manat məbləğində müəyyənləşdirilib.

Beləliklə, cari ilin iyunun 25-də Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən dövlət qeydiyyatına alınmış İpoteka və Kredit Zəmanət Fondunun 110 mln. manatlıq ipoteka istiqrazlarının ilk tranşı (20 mln. manat) yerləşdirilmiş hesab olunub. İstiqrazların ödəmə tarixi 2042-ci ilin martın 23-dür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR