Bu ilin 10 ayında Azərbaycanda vergi ödəyicilərinin sayı 10,1 faiz artıb

Bu ilin 10 ayında Azərbaycanda vergi ödəyicilərinin sayı 10,1 faiz artıb
# 14 noyabr 2019 14:02 (UTC +04:00)

"Vergi islahatlarının həyata keçirilməsində və inzibatçılığında xüsusi diqqət verdiyimiz məqamlardan biri də iqtisadi fəallığın təşviq edilməsidir”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, 2019-cu ilin 10 ayı ərzində respublika üzrə vergi ödəyicilərinin sayında 44 608 nəfər artım olub: “Başqa sözlə, vergi ödəyicilərinin sayında 10,1 faiz artım qeydə alınıb. O cümlədən, Əlavə Dəyər Vergisi ödəyicilərinin sayında 32, 9 faiz və ya 5941 nəfər, obyektlərin sayında isə 7,3 faiz artım qeydə alınıb. Bunlar sağlam rəqəmlərdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR