Gələn il Azərbaycanın dövlət büdcəsi gəlirlərinin 6%-ə yaxın artacağı gözlənilir

Gələn il Azərbaycanın dövlət büdcəsi gəlirlərinin 6%-ə yaxın artacağı gözlənilir
# 13 sentyabr 2019 17:20 (UTC +04:00)

2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 24 484,0 mln. manat məbləğində olacağı proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1316,0 mln. manat və ya 5,7% çoxdur.

Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, büdcə gəlirlərinin tərkibində qeyri-neft gəlirləri (10 536,5 mln. manat) 43%, neft gəlirləri (13 947,5 mln. manat, o cümlədən Dövlət Neft Fondundan transfert 11 767,5 mln. manat) isə 57% təşkil edəcək.

Qeyd edək ki, 2020-ci il üzrə dövlət büdcəsinin tərkibində gözlənilən qeyri-neft gəlirləri cari ilə nisbətən 1 068,8 mln. manat və ya 11,3% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR