Gürcüstan və Azərbaycanın arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gürcüstan və Azərbaycanın arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb
  • Clock-gray 11:44
  • calendar-gray 19 Sentyabr 2019


2019-cu ilin yanvar-avqust ayları ərzində Azərbaycanla Gürcüstanın ticarət dövriyyəsi  682 522.7 min ABŞ dolları təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib. Qeyd olunub ki, 2019-cu ilin yanvar-avqust ayları ərzində Azərbaycan Gürcüstana ümumilikdə 367 571.2 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu rəqəm Gürcüstanın ümumi idxalının  6.4 faizidir.

Hesabat dövründə Gürcüstanın Azərbaycana ixracı isə 314 951.6 min ABŞ dolları təşkil edib ki, bu, Gürcüstanın ümumi ixracının 13.1 faizinə bərabər olub. 

Cari ilin yanvar-avqust ayları ərzində Gürcüstanın Azərbaycanla ticarət əməliyyatlarında mənfi ticarət balansı 52 619.6 min ABŞ dolları təşkil edib. Bildirilib ki, Gürcüstan ə Azərbaycan arasında ticarət dövriyyəsi bu ölkənin hesabat dövrü ərzində ümumi ticarət dövriyyəsinin  8.4 faizinə bərabər olub. 

Hesabat dövrü ərzində Gürcüstanın ümumi idxalı 5 714 497.5 min ABŞ dolları olub. İdxal isə 2 411 563.4 min ABŞ dollarına çatıb. Xarici ticarətdə Gürcüstanın mənfi balansı 3 302 934.2 min ABŞ dolları təşkil edib.

HHesabat dövrü ərzində Azərbaycan Gürcüstanın üçüncü ən böyük xarici ticarət tərəfdaşı olub. Gürcüstanın ən böyük ticarət tərəfdaşı Türkiyə ( 1 137 924.8  - 14 faiz), ikinci yerdə isə Rusiya ( 903 881.3 - 11.1 faiz) olub.
 

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date