"Kapital Bank" aktivlərini 16% artırıb

"Kapital Bank" aktivlərini 16% artırıb
# 16 oktyabr 2019 11:52 (UTC +04:00)

Bu ilin oktyabrın 1-nə “Kapital Bank”ın aktivlərinin həcmi 4 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 15,9% çoxdur. Müştərilərə verilən kreditlərin həcmi isə 1,7 mlrd. manat olub (artım 23,2%).

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Kapital Bank”da müştəri depozitlərinin həcmi 1 oktyabr 2019-cu il tarixinə 3,2 mlrd. manat olub (artım 19,4%).

Bankın 1 oktyabr 2019-cu il tarixinə tutulmalardan sonra məcmu kapitalı 357 mln. manat, adi və imtiyazlı səhmlər isə 225 mln. manat təşkil edib.

Qeyd edək ki, “Kapital Bank” “Moody's” və “Standard & Poor's” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Xatırladaq ki, Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR