Əmanətlər üzrə kompensasiya məbləği 3 dəfə artırılır

Əmanətlər üzrə kompensasiya məbləği 3 dəfə artırılır
  • Clock-gray 12:05
  • calendar-gray 11 Dekabr 2020

“Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişiklik edilir.

APA-nın məlumatına görə, qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

“Əmanətlərin sığortalanması haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, "Əmanətlərin tam sığortalanması" Qanununun müddəti bitəndən sonra əmanətlərin sığortalanması üzrə kompensasiya məbləği üç dəfədən çox artırılması təklif olunur. Başqa sözlə, gələn il aprelin 5-dən fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manatadək artırılması təklif olunur. Həmçinin 20 min manatdan çox olmamaq şərti ilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin depozitləri ilə sığortalanacaq.

O cümlədən notariusun depozit hesablarında qalmış fiziki şəxslərə məxsus vəsaitlər də tam məbləğdə sığortalanacaq.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Firuzə Vahid

Digər xəbərlər