Mərkəzi Bank növbəti depozit hərracının nəticələrini açıqlayıb

Mərkəzi Bank növbəti depozit hərracının nəticələrini açıqlayıb
# 05 avqust 2019 12:41 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, avqustun 5-i Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 884,3 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% olub.

Nəticədə, hərrac zamanı AMB 150 mln. manat vəsait cəlb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR