MM-in Komitə sədri: "Azərbaycanın hərbi xərclərini artırması obyektiv zərurətdən doğur”

MM-in Komitə sədri: "Azərbaycanın hərbi xərclərini artırması obyektiv zərurətdən doğur”
# 12 noyabr 2019 12:45 (UTC +04:00)

“Azərbaycanın dövlət büdcəsi son illər dəfələrlə artıb. Əlavə artımlar nəticəsində daha da çox artacaq. Bəzi təşkilatlar bizi tənqid edir ki, Azərbaycanda müdafiə xərcləri artır. Lakin diqqət yetirmək vacibdir ki, hərbi xərclərin artması obyektiv zərurətdən doğur”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı çıxış edərkən deyib.

O bildirib ki, bu sahəyə bundan sonra diqqət yönəldiləcək: “Artıq Azərbaycanın çox güclü müdafiə potensialı var. Bu bölgədə ən güclü potensialdır və biz bunu daha da artırmalıyıq. 2020-ci ilin büdcəsi bu tələblərə cavab verir. Azərbaycan həm müdafiə qabiliyyətini, həm iqtisadi təhlükəsizliyini gücləndirmək, həm də ölkənin iqtisadi gücünün artması və bu əsasla əhalinin keyfiyyətli yaşayış səviyyəsini yüksəltməsi istiqamətində daha cəsarətli addımlar atmaq imkanına malik olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR