ARDNF dövlət büdcəsinə transferti azaldacaq

ARDNF dövlət büdcəsinə transferti azaldacaq
# 18 oktyabr 2019 16:56 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2020-ci ildə büdcə gəlirləri 12 384,1 mln. manat səviyyəsində olacağı nəzərdə tutulub.

Maliyyə Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, ARDNF-ın 2020-ci il büdcəsinin xərcləri 11 560 mln. manat təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 4,3 mln. manat azdır.

Məlumata əsasən, Fonddan dövlət büdcəsinə transfertin yuxarı həddi 11 350 mln. manat səviyyəsində nəzərdə tutulur ki, bu da 2019-cu illə müqayisədə 14,3 mln. manat və ya 0,1% azdır.

Qeyd edək ki, 2019-cu il iyunun 30-a ARDNF-ın aktivləri 2019-cu ilin əvvəlinə (38 515,2 mln. dollar) nisbətən 10,25% artaraq 42 463,7 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR