Palatanın sədri: "Azərbaycanın dövlət qurumlarında daxili nəzarət zəif təşkil olunub"

Palatanın sədri: "Azərbaycanın dövlət qurumlarında daxili nəzarət zəif təşkil olunub"
# 13 sentyabr 2019 13:13 (UTC +04:00)

Azərbaycanda hər bir dövlət qurumunda kənar dövlət maliyyə nəzarət orqanı audit tədbirləri aparmamışdan öncə həmin qurumda mövcud olan daxili nəzarət sisteminin özünə də qiymət verməyə çalışırıq.

"APA-Economics"in məlumatına görə bunu jurnalistlərə açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Onun sözlərinə görə, Palatanın nəzarət fəaliyyəti başlamadan öncə daxili nəzarət qurumunun gördüyü işlər, müəyyən edilən nöqsanlar və bununla bağlı görülən işlər Palata tərəfindən qiymətləndirilir.

"Hələ ki, bu fəaliyyət bizim dövlət təşkilatlarında zəif təşkil olunub və biz bu fəaliyyəti qeyri-qənaətbəxş qiymətləndiririk. Hazırda dövlət sektoru üçün maliyyə hesabatlarının konsolidasiya olunması büdcə qanunvericiliyində nəzərdə tutulmayıb. Bununla bağlı qanunvericiliyə dəyişikliklər olmalıdır. Hələ ki, belə bir təklif irəli sürülməyib", - deyə V. Gülməmmədov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR