"Premium Bank"ın aktivləri azalıb

"Premium Bank"ın aktivləri azalıb
# 18 oktyabr 2019 13:58 (UTC +04:00)

"Premium Bank" ASC bu ilin III rübünün yekunlarına dair maliyyə hesabatını açıqlayıb.

"APA-Economics"in sözügedən hesabata istinadən verdiyi məlumata görə, bu ilin sentyabr 30-na "Premium Bank" cəmi aktivləri 576 387 min manat təşkil edib ki, bu da cari ilin II rübü ilə 11,2% azdır.

Hesabat dövründə bankın cəmi öhdəlikləri əvvəlki rübə nisbətən 14,8% azalaraq 445 958 min manat təşkil edib. Bankın xalis mənfəəti isə 41,1% artaraq 11 082 min manata çatıb.

Ötən rübü 12 168 min manat xalis faiz gəliri ilə başa vuran "Premium Bank" cari ilin iyul-sentyabr aylarında bu göstəricidə 69,1%-lik artıma nail olub. Əlavə olaraq, ötən rüb bankın qeyri-faiz gəlirləri əvvəlki kvartalla müqayisədə 57,1% artıb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR