SECO Cənubi Qafqaz ölkələri üzrə 4 illik strateji plan hazırlayıb

SECO Cənubi Qafqaz ölkələri üzrə 4 illik strateji plan hazırlayıb
# 15 noyabr 2019 10:35 (UTC +04:00)

İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) Cənubi Qafqaz ölkələri üzrə 4 illik (2021-2024) strateji plan hazırlayıb.

"APA-Economics"in Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən verdiyi məlumata görə, bunu SECO-nun Cənubi Qafqaz üzrə yeni regional direktoru xanım Daniyel Myuli Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və SECO-nun digər rəsmilərindən ibarət nümayəndə heyəti ilə baş tutan görüşündə deyib.

Bundan əlavə, D. Myuli SECO-nun dəstək göstərə biləcəyi sahələr üzrə Palatanın təkliflərinin təqdim edilməsini xahiş edib.

Qeyd edək ki, görüş zamanı İsveçrə-Azərbaycan əlaqələri, SECO-nun maliyyə sektoru üzrə islahatlara verdiyi dəstək, həmçinin Palata və SECO arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR