Vergilər Nazirliyi: Bu il işsizlikdən sığorta haqları üzrə nəzərdə tutulandan 6,7% çox vəsait daxil olub

Vergilər Nazirliyi: Bu il işsizlikdən sığorta haqları üzrə nəzərdə tutulandan 6,7% çox vəsait daxil olub
# 17 sentyabr 2019 13:36 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə proqnozlar artıqlaması ilə icra edilib.

Vergilər Nazirliyinin Media və kommunikasiya idarəsindən "APA-Economics"ə verilən məlumata görə, bu barədə Nazirliyinin Tədris Mərkəzində “Sosial sığorta haqlarının yığımı üzrə görülmüş işlər və mövcud vəziyyət, problemlər” mövzusunda keçirilən konfransda çıxış edərkən Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov deyib.

Onun sözlərinə görə, məcburi dövlət sosial sığorta haqları üzrə nəzərdə tutulandan 7%, işsizlikdən sığorta haqları üzrə 6,7% artıq vəsait daxil olub.

Eyni zamanda, sosial sığorta və işsizlik sığortası üzrə borcu olan vergi ödəyicilərinin sayı və borcun ümumi məbləği ilin əvvəli ilə müqayisədə əhəmiyyətli şəkildə azalıb.

Konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyətinin iştirakı ilə birlikdə «inteqrasiya» prosesləri üzrə müəyyən edilən Tədbirlər Planı üzrə işlərin icra vəziyyəti nəzərdən keçirilib və gələcək dövrlərdə qarşıya qoyulmuş vəzifələrin icrasına dair aidiyyəti üzrə tapşırıqlar verilib.

Vergilər Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun tədbirdə iştirak edən məruzəçiləri tərəfindən məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyasını tətbiq etmək və digər məsələlərlə bağlı tədbir iştirakçıları ətraflı məlumatlandırılıb.

Tədbirdə dövlət sosial sığorta haqlarının yığımı sahəsində mövcud çətinliklər ətraflı müzakirə edilib, bəyannamələrin kameral vergi yoxlamalarının aparılmasına dair, vaxtında təqdim edilməmiş vergi bəyannamələri (hesabatları) ilə bağlı vergi ödəyicilərindən hesabatların qəbulu və s. bağlı vergi orqanlarının rastlaşdıqları məsələlər təhlil edilib. Tədbir iştirakçılarının sosial sığorta öhdəliklərinin icrası ilə bağlı təcrübədə qarşıya çıxan problemlərə dair sualları cavablandırılıb. Tədbirdə iştirak edən müstəqil ekspertlər qaldırılan məsələlərin həlli ilə bağlı öz təkliflərini veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR