Ziyad Səmədzadə: "Son illər ölkədə "kölgə iqtisadiyyatı" ilə aparılan mübarizə öz nəticələrini verir"

Ziyad Səmədzadə: "Son illər ölkədə "kölgə iqtisadiyyatı" ilə aparılan mübarizə öz nəticələrini verir"
# 12 noyabr 2019 12:33 (UTC +04:00)

"Son illər ölkədə aparılan islahatlar, xüsusilə "kölgə iqtisadiyyatı" ilə mübarizə öz nəticələrini verir. Bu nəticələri vergi və gömrük daxilolmalarında aydın görürük".

"APA-Economics"in xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı deyib.

O bildirib ki, 2019-cu ilin 9 ayı ərzində ÜDM-in nominal artımı 1,2%, qeyri-neft sektoru üzrə 7,6% olduğu halda, vergi daxilolmalarının artım tempi 5,7% təşkil edib: "O cümlədən qeyri-neft sektoru üzrə artım 12,6% olub".

Komitə sədri qeyd edib ki, 2019-cu ilin müvafiq dövründə proqnozun icrası ümumilikdə 104,9%, neft sektoru üzrə 95,9%, qeyri-neft sektoru üzrə isə 109,5% yerinə yetirilib: "Cəmi fəal ƏDV ödəyicilərinin sayı 1 yanvar 2019-cu illə müqayisədə 1 noyabr 2019-cu il tarixinə 32,9% artıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR