2020-ci ildə Mirzoyana edilən hücumun təfərrüatları açıqlanıb

Ermənistan

© APA | Ermənistan

# 19 yanvar 2023 11:07 (UTC +04:00)

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-na keçən gecə Qarabağla bağlı üçtərəfli sazişin imzalaması elan ediləndən sonra Ermənistan parlamentinin binası yaxınlığında iğtişaşlar baş verib və nəticədə həmin vaxt parlament spikeri olan Ararat Mirzoyan ağır yaralanıb.

APA xəbər verir ki, Ermənistanın “Joqovurd” qəzetinin məsələ ilə bağlı yayımladığı yazıda indiki XİN rəhbəri (parlamentin keçmiş spikeri) Ararat Mirzoyanın döyülməsi ilə bağlı açılan cinayət işinin istintaqı çərçivəsində həbs edilənlərdən biri ölkənin Milli Təhlükəsizlik Xidmətinə (MTX) hadisənin bəzi təfərrüatlarını açıqlayıb.

Həmin şəxs Ararat Mirzoyanı həqiqətən vurmaq istədiyini deyib. O, lakin buna müyəssər olmadığını düşünür. İlkin istintaqın aparılması səbəbi ilə həbs edilən şəxsin adı qeyd olunmayıb.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan MTX mətbuat xidməti məlumat yaymışdı ki, haqqında sözügedən şəxs 2020-ci il noyabrın 10-da İrəvanda hökumət binası və parlament yaxınlığında baş verən iğtişaşlardan xəbər tutaraq etirazçılara və xüsusən də Ararat Mirzoyana hücum edən qrupa qoşulub. Etirazçılardan önə keçərək yerdə uzanmış Mirzoyana yaxınlaşıb və onu təpiklə vurub.

Xatırladaq ki, baş vermiş iğtişaşlar zamanı Mirzoyan çoxsaylı bədən xəsarətləri alıb, huşunu itirib, gözü zədələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR