ABŞ Strateji Hücum Silahları haqda müqavilənin uzadılması qərarını Rusiyanın şərtləri ilə qəbul edib

ABŞ Strateji Hücum Silahları haqda müqavilənin uzadılması qərarını Rusiyanın şərtləri ilə qəbul edib
  • Clock-gray 10:54
  • calendar-gray 27 Yanvar 2021

Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinə Strateji Hücum Silahları haqda müqavilənin (SNV-3) uzadılması üçün ABŞ-la danışıqlar aparmağı tapşırıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə prezidentin sərəncamı hüquq-informasiya portalında yayımlanıb.

Rusiya prezidenti Vladimir Putin dünən amerikalı həmkarı Cozef Baydenlə telefonla danışıb. Prezidentlər SNV-3-ün müddətinin uzadılması barədə razılığa gəliblər. Bundan sonra Putin müqavilənin uzadılması haqqında sazişi ratifikasiya üçün Federasiya Şurasına göndərib. Layihəyə artıq bu gün baxıla bilər. Rusiya parlamentində prezidentin təşəbbüsünü deputat və senatorlara Rusiya XİN başçısının müavini Sergey Ryabkov təqdim edəcək.

S. Ryabkov Rusiya və ABŞ-ın Strateji Hücum Silahları haqqında müqavilənin uzadılması haqqında qərarı Moskvanın şərtləri əsasında qəbul etdiyini açıqlayıb.

“Bizim şərtlərlə: ilkin şərt irəli sürülmədən, hansısa əlavələr olmadan 5 il müddətinə”, - deyə Rusiya XİN başçısının müavini bildirib.

Fərid Əkbərov

Digər xəbərlər