BMT Trampın İranla bağlı açıqlamasını alqışlayıb

BMT Trampın İranla bağlı açıqlamasını alqışlayıb
# 08 yanvar 2020 23:25 (UTC +04:00)

BMT-nin baş katibi Antoni Quterreş prezident Donald Trampın İranın İraqdakı ABŞ hərbi obyektlərinə raket hücumundan sonra verdiyi açıqlamasını alqışlayır.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə bu barədə çərşənbə günü BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarriç keçirdiyi brifinqdə bildirilib.

"Biz ABŞ prezidentinin qarşıdurmanın aradan qaldırılmasına yönəlik istənilən ifadəsini alqışlayırıq”, - deyə Dujarriç vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Tramp televiziya vasitəsilə ABŞ-ın İranla barışmağa hazır olduğu mesajını verib, bununla belə, İrana qarşı iqtisadi sanksiya tətbiq ediləcəyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR