Belarus Rusiya neftinə alternativ tapıb

Belarus Rusiya neftinə alternativ tapıb
  • Clock-gray 01:06
  • calendar-gray 21 Yanvar 2020

 

“Belarus 80 min ton Norveç nefti alıb. Məhsul Litvanın Klaypeda limanından “Naftan” emalı zavoduna çatdırılacaq”.

APA-nın məlumatına görə, bunu Belarus “Belneftexim” konserninin nümayəndəsi RİA Novosti-yə açıqlamasında deyib. 

O, həmçinin rəsmi Minskin gələcəkdə Norveç neftini alması ehtimalından da danışıb. 

Belarus Baş nazirinin müavini Dmitri Krutoy isə bildirib ki, Minsk neft tədarükü ilə əlaqədar Ukrayna, Polşa, Baltikyanı ölkələr, Qazaxıstan və Azərbaycana ticarət təklifləri göndərib. 

 

Rəşad Sarıyev

Digər xəbərlər