Bu gün Rusiya Dumasında Baş Nazir postuna Mişustinin namizədliyinə baxılacaq

Bu gün Rusiya Dumasında Baş Nazir postuna Mişustinin namizədliyinə baxılacaq
# 16 yanvar 2020 11:12 (UTC +04:00)

Bu gün Rusiya Dövlət Dumasında Baş Nazir postuna Mixail Mişustinin namizədliyinə baxılacaq.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, artıq Dumanın “Vahid Rusiya” fraksiyası ilə M. Mişustinin görüşü keçirilib.

Dövlət Dumasının sədri Vyaçeslav Volodin və hökumət sədri postuna namizəd M. Mişustin “Vahid Rusiya” fraksiyasından olan deputatlarla, habelə Liberal Demokrat Partiyası fraksiyası ilə də görüşüblər.

Jurnalistlərə açıqlama verən M. Mişustin Baş Nazir vəzifəsində çalışmağa hazır olduğunu bildirib.

Qeyd edək ki, M. Mişustin Dumada təmsil olunan bütün fraksiyalarla görüşdən sonra Rusiya parlamentinin aşağı palatası onun hökumət sədri vəzifəsinə namizədliyinə baxacaq.

Xatırladaq ki, ötən gün Rusiya hökuməti istefa verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR