DİN Sabirabadda baş həkimin oğlunun törətdiyi qəza ilə bağlı məlumat yayıb

DİN Sabirabadda baş həkimin oğlunun törətdiyi qəza ilə bağlı məlumat yayıb
# 08 iyul 2020 12:21 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) Sabirabadda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi haqda məlumat yayıb.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 7-də saat 13 radələrində Sabirabad şəhəri ərazisində şəhər sakini K. Nəsirli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerliləri Banı Əliyevanı və qızı Hədiyyəni vurub. Nəticədə onlar aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, hadisəni törədən sürücü K. Nəsirli Sabirabad rayon Vərəm Dispanserinin baş həkimi Rasim Nəsirovun oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR