Dmitri Roqozin Azərbaycana səfər edəcək - EKSKLÜZİV

Dmitri Roqozin Azərbaycana səfər edəcək - EKSKLÜZİV
# 20 dekabr 2019 18:21 (UTC +04:00)

Rusiya Federal Kosmik Agentliyinin (ROSCOSMOS) rəhbəri Dmitri Roqozin Azərbaycana səfər edəcək.

Bu barədə APA-nın Moskva müxbirinə açıqlamasında D. Roqozin məlumat verib.

Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin dəvəti əsasında, gələn ilin yanvar ayının sonlarında Bakıya səfər etməyi planlaşdırdığını bildirən ROSCOSMOS-un rəhbəri Rusiya ilə Azərbaycanın kosmik sahədə əməkdaşlıq perspektivlərindən danışıb.

“Azərbaycanla kosmik sahədə əməkdaşlığın inkişafı daha da aktiv ola bilər. Bir halda ki, Azərbaycanın bu sahəni inkişaf etdirmək ambisiyaları Qazaxıstanın ambisiyaları ilə üst-üstə düşsün. Qazaxıstanın özünün kosmodromu var. Azərbaycanın da maşınqayırma korporasiyalarında iştirakı nöqteyi-nəzərindən bir sıra imkanları mövcuddur. Kosmik sahədə Azərbaycandan olan çox istedadlı alimlər var. Elə Rusiyanın kosmik sənayesində çoxlu azərbaycanlı alim çalışır. Kosmik sahədə əməkdaşlıqla bağlı Azərbaycanla görə biləcəyimiz çox işlər var. Bu məsələni Azərbaycan Prezidenti cənab İlham Əliyevlə müzakirə etməyi çox istəyirəm”, - deyə D. Roqozin vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR