Ermənistan əhalisinin yarıdan çoxu ölkədəki gələcəyinə şübhə ilə yanaşır

Ermənistan əhalisinin yarıdan çoxu ölkədəki gələcəyinə şübhə ilə yanaşır
  • Clock-gray 15:37
  • calendar-gray 19 Mart 2021

Ermənistan əhalisinin yalnız 43%-i qarşıdakı 5-10 il ərzində öz ailəsinin gələcəyinin Ermənistanla bağlı olacağını düşünür.

APA-nın xəbərinə görə, bu ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun (İnternational Republican İnstitute) Ermənistanda keçirdiyi sorğunun nəticələrində əksini tapıb.

Belə ki, “növbəti 5-10 il ərzində Ermənistanda ailəniz üçün bir gələcək görürsünüzmü?” sualına respondentlərin yalnız 43%-i əminliklə “hə” cavabı verib. Sorğu iştirakçılarının 23%-i belə bir ehtimalın olduğunu, 11%-i buna ehtimal vermədiyini, 9%-i isə Ermənistanda qəti şəkildə ailəsi üçün bir gələcək görmədiyini qeyd edib. Respondentlərin 14%-i isə sualın cavabını bilmədiyini qeyd edib.

Bundan başqa, sorğu iştirakçılarının yalnız 51%-i qarşıdakı 1-4 il ərzində ailəsi üçün Ermənistanda bir gələcək görməsi barədə əminliklə “hə” cavabı verib.

Qeyd edək ki, sorğu Ermənistanın müxtəlif şəhər və ucqar bölgələrində 2021-ci ilin fevralın 8-dən 16-dək keçirilib, iştirakçılar RDD vasitəsi ilə (random digit dialing) seçilib.

Səid Babazadə

Digər xəbərlər