Ermənistan müxalifəti İrəvanda Baş Qərargaha dəstək mitinqi keçirir

Ermənistan müxalifəti İrəvanda Baş Qərargaha dəstək mitinqi keçirir
# 25 fevral 2021 15:20 (UTC +04:00)

Ermənistanın paytaxtı İrəvanın Azadlıq meydanında müxalifətin mitinqi keçirilir.

APA-nın məlumatına görə, “Vətənin xilası naminə hərəkat”ın təşəbbüsü ilə keçirilən mitinq Silahlı Qüvvələrin Baş Qərargahına dəstək məqsədi daşıyır.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də Baş nazir N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.

N. Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etdiyini açıqlayıb.

Əlavə edək ki, N. Paşinyan da İrəvanda yürüş keçirir. Saat 16.00-da isə Respublika meydanında Baş nazirin tərəfdarlarının mitinqi olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR