Ermənistan müxalifəti: Paşinyan dekabrın 8-dək istefa verməsə, ölkədə kütləvi itaətsizlik başlayacaq

Ermənistan müxalifəti: Paşinyan dekabrın 8-dək istefa verməsə, ölkədə kütləvi itaətsizlik başlayacaq
# 05 dekabr 2020 18:16 (UTC +04:00)

Bu gün Ermənistanın Azadlıq meydanında mitinq keçirən ölkə müxalıfəti baş nazir Nikol Paşinyanı istefa verməyə çağırıb.

APA-nın “Sputnik Armenia”ya istinadən məlumatına görə, Daşnaksütun partiyasının nümayəndəsi İşxan Sağatelyan baş nazirə dekabrın 8-i günortayadək vaxt verdiklərini bəyan edib. “Paşinyan və komandası göstərilən vaxtdək isttfa verməsə, bütün Ermənistan ərazisində mülki itaətsizlik hərəkətləri başlayacaq”.

"Paşinyan çərşənbə axşamına qədər istefa verməsə, onu özümüz çıxaracağıq”, - deyə müxalifət fəalı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR