Ermənistanda alkoqol zəhərlənməsindən ölənlərin sayı 17-yə çatıb

Ermənistanda alkoqol zəhərlənməsindən ölənlərin sayı 17-yə çatıb
# 05 sentyabr 2020 13:22 (UTC +04:00)

Ermənistanda alkoqoldan zəhərlənərək ölənlərin sayı 17-yə çatıb.

APA-nın "armenpress"ə istinadən verdiyi xəbərə görə, ölkənin Səhiyyə Nazirliyi daha 3 yeni ölüm faktının qeydə alındığını bildirib.

Nazirliyin məlumatına görə, avqustun 31-dən sentyabrın 5-dək ölkədə alkoqoldan 46 zəhərlənmə faktı qeydə alınıb ki, zəhərlənənlərdən 17-si ölüb, 16 nəfərə tibbi yardım göstərilərək evə buraxılıb.

Armavir regionundan 29 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib. Onlardan 9 nəfər ölüb, İrəvanda alkoqoldan 15 nəfər zəhərlənib və onlardan 7-si ölüb, Kotaykdan isə 2 nəfər zəhərlənmə ilə xəstəxanaya gətirilib, onlardan 1-i ölüb.

Səhiyyə Nazirliyi bildirib ki, hazırda 13 nəfərin müalicəsi davam edir.

Üç xəstədə nevroloji simptomlar və koma vəziyyəti müşahidə edilir. Digər 3 xəstədə isə korluq meydana gəlib. Həkimlər deyib ki, bu simptomlar metanol zəhərlənməsi üçün tipikdir.

Həkimlər xəstələrdən yalnız 1-nin vəziyyətini qənaətbəxş olduğunu, qalanların isə ağır və son dərəcə ağır olduğunu bildirib.

Xatırladaq ki, kütləvi zəhərlənməyə səbəb olmuş alkoqollu içkinin istehsalı ilə məşğul olan şəxs artıq həbs olunub. Ermənistan Xüsusi İstintaq Xidməti Armavir sakini Aşot Ovsepyanın həbs olunduğu barədə açıqlama yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR