Ermənistanda koronavirusdan ölənlərin sayı 3096 nəfərə çatıb

Ermənistanda koronavirusdan ölənlərin sayı 3096 nəfərə çatıb
# 03 fevral 2021 11:04 (UTC +04:00)

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 190 yoluxma halı qeydə alınıb, 7 nəfər ölüb.

APA-nın “news.am”a istinadən verdiyi xəbərə görə, ölkədə indiyədək koronavirusa yoluxanların ümumi sayı 167 421 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 3096 nəfərə çatıb.

Ermənistanda 158 693 nəfər xəstəlikdən sağalıb, 4855 nəfərin müalicəsi isə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR