Ermənistanda COVID-19-dan ölənlərin sayı 800-ü ötüb

Ermənistanda COVID-19-dan ölənlərin sayı 800-ü ötüb
# 11 avqust 2020 10:58 (UTC +04:00)

Ermənistanda son sutkada daha 160 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 40 593 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa yoluxan 7 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 803 nəfər olub.

Ermənistanda xəstəlikdən sağalanların sayı 33 157 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR