Ermənistanda qadın minaya düşüb

Ermənistanda qadın minaya düşüb
# 06 aprel 2020 13:31 (UTC +04:00)

Ermənistanda qadın minaya düşüb.

APA-nın news.am-a istinadən verdiyi xəbərə görə, hadisə aprelin 5-i Ararat vilayətində baş verib.

Bildirilib ki, qadın qaynanası və yaxın dostları ilə göyərti yığarkən minaya düşüb. İrəvanda tibb mərkəzinə yerləşdirilən 1987-ci il təvəllüdlü qadının sol ayağı amputasiya edilib.

Qeyd olunub ki, hadisə minalanmış sahədə qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR