Ermənistanda son sutkada 330 nəfər COVID-19-a yoluxub, 7 nəfər ölüb

Ermənistanda son sutkada 330 nəfər COVID-19-a yoluxub, 7 nəfər ölüb
# 06 iyul 2020 10:53 (UTC +04:00)

Ermənistanda son sutka ərzində daha 330 nəfər yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 28 936 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa yoluxan 7 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 491 nəfər olub.

Xəstəlikdən sağalanların sayı 16 302 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR