Ermənistanda son sutkada 415 nəfər COVID-19-a yoluxub, 10 nəfər ölüb

Ermənistanda son sutkada 415 nəfər COVID-19-a yoluxub, 10 nəfər ölüb
# 30 iyun 2020 10:52 (UTC +04:00)

Ermənistanda son sutka ərzində daha 415 nəfər yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 25 542 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa yoluxan 10 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 443 nəfər olub.

Xəstəlikdən sağalanların sayı 14 048 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR