Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 703 yoluxma halı qeydə alınıb, 29 nəfər ölüb.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ermənistanda koronavirusa yoluxanların sayı 114 383 nəfərə, ölənlərin sayı isə 1 697 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 72 116 nəfərin sağaldığı bildirilir.