Gürcüstan polisi Poznerin qaldığı mehmanxananı cərimələyib, özünü ərazidən uzaqlaşdırıb - FOTO - YENİLƏNİB

Gürcüstan polisi Poznerin qaldığı mehmanxananı cərimələyib, özünü ərazidən uzaqlaşdırıb - FOTO - YENİLƏNİB
# 01 aprel 2021 00:22 (UTC +04:00)

Tbilisidə rusiyalı jurnalist Vladimir Poznerin qaldığı mehmanxana 10 min lari (5 min manat) cərimələnib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Sergi Bzişvili bildirib.

Onun sözlərinə görə, karantin qaydalarının tələblərini pozduğu üçün mehmanxanaya və qonaqlarına cərimə tətbiq edilib. Bundan başqa, mehmanxanada təşkil edilən məclisin qapadılması ilə bağlı sərt xəbərdarlıq edilib.

Xəbərdarlıqdan sonra Vladimir Pozner və qonaqları polisin müşayiəti ilə avtobusla hoteldən uzaqlaşdırılıblar.

Qeyd edək ki, ərazidə polislə etirazçılar arasında fiziki qarşıdurma baş verib. Polis etirazçıların dağıdılmasına çalışır.

***

31 mart, saat 23:34

Tbilisidə ictimai fəallar rusiyalı jurnalist Vladimir Poznerin və dostlarının qaldığı mehmanxananın elektrik enerjisini kəsib.

APA-nın yerli bürosunun xəbərinə görə, etirazçılar bunu rusiyalı ziyarətçilərin tezliklə Gürcüstanı tərk etmələri üçün etdiklərini deyiblər.

Aksiyanın keçirildiyi əraziyə müxalifət partiyalarının liderləri də gəlib.

V.Poznerin Tbilisiyə 87 yaşını qeyd etmək məqsədi ilə səfər etdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR