Gürcüstanda COVID-19 əleyhinə kütləvi vaksinasiyaya başlanılır

Gürcüstanda COVID-19 əleyhinə kütləvi vaksinasiyaya başlanılır
  • Clock-gray 08:58
  • calendar-gray 15 Mart 2021

Bu gündən Gürcüstanda yeni növ koronavirus (COVID-19) əleyhinə kütləvi vaksinasiyaya başlanılıb.

APA-nın yerli bürosunun Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinə istinadən verdiyi xəbərə görə, birinci mərhələdə ölkədə səhiyyə sistemi işçilərinin peyvəndlənməsi nəzərdə tutulub.

Tbilisi İnfeksiyon Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsersvadzeninn sözlərinə görə, bu gündən paytaxt Tbilisi də daxil olmaqla, ölkənin 29 regional mərkəzində, martin 17-dən etibarən isə bütün bölgələrdə vaksinasiya həyata keçiriləcək. Bildirilib ki, peyvəndləmənin praktik olaraq ölkənin ümumilikdə 89 regionunda aparılması planlaşdırılır. Artıq 2000-dən çox tibb işçisinin elektron qeydiyyat sistemində randevu üçün müraciəti qeydə alınıb.

Qeyd edək ki, martın 13-də Gürcüstana COVID-19 əleyhinə vaksinin ilk partiyası çatdırılıb. Qonşu ölkə ilk olaraq 43 200 doza “AstraZeneca” vaksini əldə edib. Qarşıdakı həftələrdə isə Gürcüstanın əlavə 129 600 doza “AstraZeneca” peyvəndi əldə etməsi planlaşdırılır. Martın 22-də Gürcüstana “Pfizer” vaksininin 14 500 dozadan ibarət ilk partiyasının çatdırılması gözlənilir.

Səid Babazadə

Digər xəbərlər