Gürcüstanın bir sıra bölgələri işıqsız qalıb

Gürcüstanın bir sıra bölgələri işıqsız qalıb
# 17 mart 2021 01:21 (UTC +04:00)

Gürcüstanın bir sıra bölgələrində, eləcə də paytaxt Tbilisinin bir hissəsində elektrik enerjisi təchizatı dayanıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, Gürcüstan Dövlət Elektrik Sistemi (GSE) yaranmış vəziyyətin səbəbini Türkiyə ilə Gürcüstanın elektrik sistemlərini əlaqələndirən 400 kilovattlıq “Mesxeti” elektrik xəttində problemin yaranması ilə izah edib.

Qurumun məlumatında qeyd olunub ki, problemlə əlaqədar Türkiyədən Gürcüstana elektrik enerjisi idxalı dayanıb və nəticədə ölkənin bir sıra bölgələrində elektrik enerjisinin tədarükü məhdudlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR