İran parlamentinin sədri Rusiyaya səfər edəcək

İran parlamentinin sədri Rusiyaya səfər edəcək
# 04 fevral 2021 15:15 (UTC +04:00)

İran parlamentinin sədri Məhəmməd Bağer Qalibaf gələn həftə Rusiyaya səfər edəcək.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə İranın Moskvadakı səfiri Kazım Cəlali deyib.
Diplomat həmçinin bildirib ki, İran səhiyyə nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti də gələn həftə Moskvaya səfər edəcək. Səfərin məqsədi koronavirus əleyhinə peyvəndin istehsalını müzakirə etməkdir.
Onun sözlərinə görə, Tehran və Moskvanın işi hazırda iki istiqamətdə gedir: "Rusiya dərmanının alınması, İrana tədarükü və birgə istehsal".
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR