İrəvanda etirazçılarla polis arasında qarşıdurma olub, 14 nəfər saxlanılıb - VİDEO

İrəvanda etirazçılarla polis arasında qarşıdurma olub, 14 nəfər saxlanılıb - VİDEO
# 22 aprel 2021 22:49 (UTC +04:00)

İrəvanda Baş Prokurorluğun binası qarşısında etiraz aksiyası zamanı 14 nümayişçi polis tərəfindən saxlanılaraq bölməyə aparılıb.

APA-nın məlumatına görə, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin sözçüsü Edqar Djanoyan bildirib.

Nümayişçilər Baş nazir Nikol Paşinyanın çərşənbə günü Sünikə səfərinə etiraz edən vilayətin icma liderlərinin sərbəst buraxılmasını tələb ediblər.

Etiraz mitinqi zamanı polislə qarşıdurma olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR