İrəvanda partlayış nəticəsində yaşayış evi uçub

İrəvanda partlayış nəticəsində yaşayış evi uçub
  • Clock-gray 10:53
  • calendar-gray 26 Avqust 2020

Bu gün səhər Ermənistanın paytaxtı İrəvanda yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib.

APA-nın məlumatına görə, Kanaker-Zeytun rayonunda baş vermiş partlayış binanın uçmasına səbəb olub.

İlkin xəbərlərə görə, iki nəfər yaralanıb, bir sakinin aqibəti məlum deyil, xilasetmə işləri davam etdirilir.

“Partlayış nəticəsində yaşayış binasının 12 mənzili uçub. 19 sakin dağıntılar altından çıxa bilib. Xilasedicilər dağıntılar altından daha iki nəfəri çıxarıblar. Bir sakindən taleyi məlum deyil”, - deyə Ermənistanın Fövqəladə Hallar naziri Feliks Tsoloyan bildirib.

Ermənistan Səhiyyə Nazirliyindən isə məlumat verilib ki, yaralılardan birinin vəziyyəti ağırdır. 

apa-logo-mini

Digər xəbərlər