İtkin düşən erməni əsgərlərin valideynləri Ermənistan MN-in binasını mühasirədə saxlayır

İtkin düşən erməni əsgərlərin valideynləri Ermənistan MN-in binasını mühasirədə saxlayır
  • Clock-gray 23:24
  • calendar-gray 08 Aprel 2021

Qarabağ müharibəsində itkin düşən erməni əsgərlərin valideynləri və yaxınları 11 saata yaxındır ki, Ermənistan Müdafiə Nazirliyinin binasını mühasirəyə alaraq əməkdaşların çıxışına imkan vermirlər.  

APA “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan MN-dən bir mənbə bildirib.

Etirazçıları polis əməkdaşlarının da sakitləşdirə bilmədiyi vurğulanıb. Nazirliyin bütün giriş və çıxış qapıları tutulub. 

Qeyd edilib ki, indiyə qədər etirazçılar tələblərinə nə Müdafiə Nazirliyindən, nə də polisdən rəsmi açıqlama ala bilməyiblər.

 

apa-logo-mini

Digər xəbərlər