Jirinovski səs verməyə 16 yaşından icazə verilməsini təklif edib

Jirinovski səs verməyə 16 yaşından icazə verilməsini təklif edib
# 07 oktyabr 2020 06:14 (UTC +04:00)

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski seçkilərdə iştirak üçün yaş məhdudiyyətinin 16 yaşa endirilməsi təklifi ilə çıxış edib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, Jirinovski dövlət başçısının Dumada fraksiya liderləri ilə görüş zamanı prezident Vladimir Putinə müvafiq təklifi verib.

Partiya lideri təklifini indi gənclərin fərqli olması ilə izah edib: “Gənclərin çoxu 16 yaşında onsuz da bəzən valideynlərindən daha çox qazanır, lakin bu vətəndaşlara səsvermə hüququ verilmir”.

Siyasətçi əlavə edib ki, 80-90 yaşlarında nənə və ya baba pis düşünsə də, səs vermək hüququ var: "Səsvermədə yaşlı insanlara deyirlər ki, buranı “işarə”lə, onlar da “işarələyir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR