Koronavirusa yoluxan Ermənistan prezidenti xəstəxanaya yerləşdirilib

Koronavirusa yoluxan Ermənistan prezidenti xəstəxanaya yerləşdirilib
# 13 yanvar 2021 12:14 (UTC +04:00)

Ermənistan prezidenti Armen Sarkisyan xəstəxanaya yerləşdirilib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxan Ermənistan prezidenti yüksək hərarət və ağ ciyərlərinin ikitərəfli pnevmoniyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR