Kremlin, Rusiya hökumətinin və parlamentin saytlarında problem yaranıb

Kremlin, Rusiya hökumətinin və parlamentin saytlarında problem yaranıb
# 10 mart 2021 14:37 (UTC +04:00)

Rusiya Prezident Administrasiyası (Kreml), Nazirlər Kabineti, Dövlət Duması və Federasiya Şurasının saytlarında problem yaşanıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, saytların fəaliyyətində nasazlıq bu gün günorta saatlarında yaranmağa başlayıb.

Hazırda qeyd olunan qurumların saytlarının fəaliyyəti bərpa edilib.

Kremlin mətbuat katibi Dmitri Peskov Kremlin saytının işlədiyini, lakin resursun fəaliyyətində mümkün nasazlığı olacağını istisna etməyib. O, bu nasazlığa Rəqəmsal İnkişaf, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin izah verə biləcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR