Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov koronavirusa yoluxub

Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov koronavirusa yoluxub
  • Clock-gray 21:11
  • calendar-gray 14 Dekabr 2020

ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov koronavirus infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə "Sputnik" məlumat yayıb.

Məlumata görə, İqor Popov COVID-19-a yoluxduğundan həmsədrlərin regiona səfərlərində iştirak edə bilməyib.

Qeyd edək ki, Minsk Qrupunun həmsədrləri ötən gün Bakıda, bu gün isə İrəvanda səfərdə olublar. Həmsədrlərin Bakıda keçirdiyi görüşlərdə Rusiyanı bu ölkənin səfiri Mixail Boçarnikov, İrəvandakı görüşlərdə isə Rusiyanın müvəqqəti işlər vəkili Aleksey Sinequbov təmsil edib.

Fərid Əkbərov

Digər xəbərlər