Moldova Prezidenti Rusiyaya işgüzar səfərini dayandırıb

Moldova Prezidenti Rusiyaya işgüzar səfərini dayandırıb
# 08 mart 2020 14:10 (UTC +04:00)

Moldova Prezidenti İqor Dodon ölkəsində yeni tip koronavirusa (Covid-19) yoluxma halının qeydə alınması ilə əlaqədar Rusiyaya işgüzar səfərini dayandırıb.

APA-nın xəbərinə görə, bu barədə məlumat bu gün Moldova Prezidentinin “Facebook” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

İ. Dodon qeyd edib ki, yaxın günlərdə Rusiya rəhbərliyi ilə görüşləri planlaşdırılsa da, yaranmış çətinliyin aradan qaldırılması üçün Moldovaya qayıtmağa qərar verib. Dövlət başçısı ölkənin dövlət qurumlarının yaranmış situasiyaya hazır olduğunu və lazımi addımların atılacağını bildirib: “Hökumətin atdığı addımlar doğru və operativdir. Bütün vətəndaşları və siyasətçiləri koronavirusla bağlı böhranın aradan qaldırılması üçün məsuliyyətli davranmağa çağırıram”.

İ. Dodon koronavirus yayılan ölkələrdən qayıdan moldovalılardan virusa yoluxmadıqlarına əmin olmaq üçün müayinədən keçmələrini xahiş edib.

Qeyd edək ki, dünən Moldovada koronavirusa ilk yoluxma halı qeydə alınıb. Milan-Kişinyov reysi ilə uçan 48 yaşlı qadında koronavirusa yoluxma aşkarlanıb. Hökumət təyyarədə olan 45 nəfəri karantinə alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR